
BAKI, 13 mart. TELEQRAF
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu rayonu ərazisində 1 avtomat silahı və 21 patron tapılaraq götürülüb.
Xətai rayonu ərazisində isə 46 yaşlı kişi tapdığı 1 qumbara, 1 patron darağı və 240 ədəd müxtəlif çaplı patronu polisə təhvil verib.
Faktla bağlı araşdırmalar aparılır.