GORANBOY, 13 mart. TELEQRAF

Goranboyda itin hücumuna məruz qalan qadının vəziyyəti orta ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"13.03.2025-ci il tarixdə saat 09:00 radələrində 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxs it dişləmə səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Başın və sol qolun dişlək yarası diaqnozu təyin edilən şəxsə quduzluq əleyhinə zərdab vurulub və ilkin yardım göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Abbas Səhhət adına xəstəxanaya təxliyə edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda qeyd olunub.

***

10:26

Goranboyda it öz sahibini parçalayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Baxcakürd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 64 yaşlı qadın (A.K) həyətində saxladıqları itin hücumuna məruz qalıb.

O, ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Həddindən artıq ağır vəziyyətdə olan xanımın Bakıda yerləşən tibb müəssisələrindən birinə köçürülməsi ehtimal olunur.