“Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir. Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar”.

Teleqraf.com-un məlumatına görə, bu barədə bu gün Pakistanın Azərbaycandakı səfirliyində 5 fevral – Kəşmir Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser deyib.

Səfir bildirib ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altında olan Azərbaycan torpağı, Kəşmir isə Hindistanla mübahisəli ərazidir və Kəşmir xalqına BMT Təhlükəszlik Şurasının qətnamələrinə əsasən verilmiş öz müqəddəratını təyin etmək hüquqlarını inkar edir.

İki münaqişə arasında oxşarlıqlar barədə danışan diplomat BMT TŞ qətnamələrinin icra olunmaması, beynəlxalq hüququn pozulması, əhalinin köçürülməsi, dini abidələrin təhqir olunması, mədəni irsin məhv edilməsi, atəşkəsin işğalçı qüvvələr tərəfindən pozulması, işğal olunmuş ərazilərdə demoqrafik dəyişikliklərə cəhd edilməsini nəzərə çatdırıb.

Diplomat bildirib ki, Pakistan hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək.

Səxavət