Polşada hərbi təyyarə nümayiş zamanı qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə "M-346" tipli təyyarənin yerə çırpılması əks olunub.

Hadisə Qdınya şəhərində Qdınya Dəniz Aviasiya Briqadasının 30 illik yubiley tədbiri zamanı baş verib.

Polşa Silahlı Qüvvələrin açıqlamasına görə, qəza nəticəsində təyyarənin pilotu ölüb.