Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov saxlanılıb.

Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.