Tərtər rayonunda mina partlayışı baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.