Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası davam edir. Bu günki iclasda Paris terroru ilə bağlı müzakirələr aparılır.

Bu barədə Teleqraf.com-a Strasburqda sessiyanı müşahidə edən İctimai Liderlərin Məşvərət Məclisi İctimai Birliyinin sədri Həsən Şıxəliyev bildirib.

Onun sözlərinə görə, iclasda bu cür terror addımlarının tolerantlığa və demokratiyaya qarşı olduğu vurğulanıb.

İclasda çıxış edən AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib ki, bu cür addımların İslamla əlaqələndirilməsi duzgün deyil: “Bir aydan sonra Azərbaycanda ermənilərin Xocalıda törətdiyi soyqrımının ildönümü anılacaq. Ancaq həmkarlarımdan heç biri bununla bağlı fikir söyləməyib. Parisdə baş verənlərə görə Azərbaycan tərəfi Fransaya başsağlığı verib”.

Daha sonra çıxış edən Rusiya nümayəndə heyətinin üzvü isə Paris terrorunu növbəti “Ərəb Baharı”nın cücərtiləri kimi qiymətləndirib.

Samir