Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.

Teleqraf.com xəbər verir ki, ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər - Şağlazüzə - Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti daynıb.

Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.

Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.//Report