İyulun 25 iyul saat 03:50 radələrində Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz hərəkətdə olarkən "Chevrolet" markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən qeyd edilən nəqliyyat vasitəsi ilə toqquşub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində avtomobilin sürücüsü və maşında olan 1 nəfər sərnişin xəsarət alıb.
Qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.