Goranboyda avtomobil qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Yeniyol-Xanqərvənd kəndləri istiqamətindən keçən magistral yolda qeydə alınıb.

Məlumata görə, "Vaz 2105" markalı maşın idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 5 hərbçi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.