Ucar rayonunda orta yaşlı kişi itkin düşüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat ximətindən bildirilib.

2022-ci ilin dekabrın 24-də Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Səlyəddin Vahidovun ailə üzvləri Ucar rayon polis şöbəsinə müraciət edib. Onun bir gün əvvəl itkin düşməsi barədə məlumat veriblər.

“Səlyəddin Vahidovun əlamətləri belədir: boyu 175 sm., qısa qara saçlı (yan tərəfləri ağarmış), arıq bədən quruluşludur. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin "102" xidmətinə və Ucar rayon polis şöbəsinə məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.