Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyev yanvarın 14-də təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Ramazan Hacıyevin itkin düşməsi ilə bağlı Şəki şəhər-rayon polis şöbəsinə də məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.