Lənkəran rayonunun Şağlaser kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, P.Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Ağaziyad Əliyevi vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsində əməliyyat-axtarış tədbirləri aparılır.