Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, noyabrın 3-də Nəsimi rayonunun Cavadxan küçəsindəki Təcili Yardım Stansiyasında bir nəfərin həkim Q.Hüseynovanın pulqabısından 1010 manat aparması barədə 19-cu polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.