
Müsavat Partiyasının başqanlığa namizədi Qubad İbadoğlu öz seçki platformasını jurnalistlərə açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, başqanlığa iddialı olan Q.İbadoğlunun platformasında əsasən 8 tezis qoyulub:
1.Müsavata yaxınları saxlamaq və yeni yaxşılar yaratmaq;
2.Gəncliyi Müsavatın aparıcı qüvvəsinə çevirmək;
3 Azərbaycanın gələcəyinə baxışın alternativlərini yaratmaq;
4. Şəffaf və hesabatlı siyasi partiya modeli yaratmaq;
5 Müsavatın seçkilərdə iştirakına və qələbəsinə nail olmaq;
6 Qarabağın azadlığı üçün Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə çalışmaq;
7. Azərbaycanın avroatlantik məkana inteqrasiyasını sürətləndirmək;
8. Milli və dövlətçilik maraqlarını partiya maraqlarından üstün tutmaq.
Cavidan