
Quba rayonunda iki nəfər arasında baş verən mübahisə cinayətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, yanvarın 29-da Quba rayon polis şöbəsinə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olun.
Araşdırmalarla hadisənin həmin gün saat 19 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.