
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin BMT-nin Baş Məclisinin toplantısına qatılmayacağını açıqlayıb.
Uşakov Putinin sentyabrda Nyu Yorkda keçiriləcək toplantıya qatılıb-qatılmayacağı barədə verilən suala “Xeyr getməyəcək”, - deyə cavab verib.
Xatırladaq ki, daha öncə 2003 və 2005-ci illərdə BMT-nin ümumi iclaslarına qatılan Putin danışmaqdan imtina etmişdi.
2009-ci ildə isə yığıncağa dövlət başçısı Dmitri Medvedev qatılmışdı.
/axar.az/