Rusiya "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin vurulmasına görə, ölkəmizə təzminat ödəməlidir.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
“Rusiya beynəlxalq və milli hüquqları pozmuş dövlət kimi, AZAL təyyarəsinin vurulmasına görə Azərbaycana təzminat ödəməlidir. Təzminat təyyarənin dəyəri, mənəvi zərər, reputasiya itkisi və sərnişinlərə ödəniləcək məbləği əhatə etməlidir. Beynəlxalq presedentlər və hüquqi normalara əsasən, 200 milyon ABŞ dolları həcmində təzminat ədalətli və əsaslandırılmış hesab edilir. Bu, ədalətin bərpası və gələcəkdə belə insidentlərin qarşısının alınması üçün vacibdir”, - jurnalist belə qeyd edib.