İrlandiya Xarici İşlər Nazirliyi Qazaxıstanda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, qurum bu barədə “X” hesabında paylaşım edib.

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması bizi çox kədərləndirdi. Sevdiklərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk. Düşüncələrimiz həlak olanların ailələri və yaxınları ilədir”- paylaşımda qeyd edilib.