Yevlax, 20 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XII turunda “İmişli” və “Zirə” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

“Zirə”nin heyətində Davit Volkov (44) və Rikardo Martins (55) fərqlənib. “İmişli”nin qollarını isə Seyxan Fərəcov (71, 76 – hər ikisi penaltidən) vurub.

Beləliklə, komandalar hərəyə 1 xalla kifayətləniblər.

Qeyd edək ki, günün digər qarşılaşmasında "Sumqayıt" çempion "Sabah"ı qəbul edəcək.