BAKI, 12 noyabr. TELEQRAF
UEFA Millətlər Liqasının qrup mərhələsində V turun oyunlarına bu gün start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə A və C Liqalarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.
A Liqasının 1-ci qrupunda Türkiyə millisi Belçikanı qəbul edəcək. Digər görüşdə İtaliya və Fransa yığmaları üz-üzə gələcək.
3-cü qrupda isə Çexiya İspaniyanı, İngiltərə Xorvatiyanı sınağa çəkəcək.
C Liqasında Albaniya – Finlandiya, San Marino – Belarus, Ermənistan – Kipr və Monteneqro – Latviya matçları baş tutacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi
V tur
A Liqası
1-ci qrup
21:00. Türkiyə – Belçika
23:45. İtaliya – Fransa
Xal durumu: Fransa – 10, İtaliya – 7, Belçika – 6, Türkiyə – 0.
3-cü qrup
23:45. Çexiya – İspaniya
23:45. İngiltərə – Xorvatiya
Xal durumu: İspaniya – 12, İngiltərə – 9, Xorvatiya – 3, Çexiya – 0.
C Liqası
1-ci qrup
23:45. Albaniya – Finlandiya
23:45. San Marino – Belarus
Xal durumu: Albaniya – 9, Belarus – 7, Finlandiya – 7, San Marino – 0.
2-ci qrup
21:00. Ermənistan – Kipr
23:45. Monteneqro – Latviya
Xal durumu: Monteneqro – 10, Kipr – 7, Ermənistan – 4, Latviya – 1.