BAKI, 27 oktyabr. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

65 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, İsmayıl Kartal "Fənərbağça"da ümumilikdə 18 rəsmi oyuna çıxıb. Təcrübəli mütəxəssis bu qarşılaşmalarda 9 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət alıb.