BAKI, 18 oktyabr. TELEQRAF
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər regionda dəyişən vəziyyəti və Bağdadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının davam edən iclasını müzakirə ediblər. Pakistan XİN rəhbəri regional çağırışların həllində davamlı dialoq və diplomatiyanın vacibliyini vurğulayıb.
Görüşün sonunda tərəflər sıx təmasları saxlanılması barədə razılığa gəliblər.