BAKI, 18 oktyabr. TELEQRAF
ABŞ-nin Rusiya neftinə qoyduğu bütün məhdudiyyətlər qüvvədə qalır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
O, CNN -ə verdiyi müsahibədə bildirib: "Biz onların neftinə qarşı heç bir sanksiyanı yumşaltmamışıq. Məhdudiyyətlərin yumşaldılması yalnız Rusiya dizel yanacağının tədarükünə aiddir. Rusiyaya qarşı əsas sanksiyalar hələ də qüvvədədir".