BAKI, 18 oktyabr. TELEQRAF

Parisin mərkəzində iğtişaşlar yenidən alovlanıb.

Teleqraf xəbər verir ki, şəhərdə iğtişaşların yenidən alovlanmasına cavab olaraq, zorakılıqla mübarizə üzrə ixtisaslaşmış CRS 8 bölməsinin cəlb edilməsi qərara alınıb.

İğtişaşlara cavab vermək üçün bölmənin daxilində əlavə qrup fəaliyyətə başlayıb.