Donald Tramp ABŞ prezidenti olduğu müddətdə İsrail bütün cəbhələrdəki vəzifələrini yerinə yetirməlidir.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu seçki kampaniyası çıxışında bildirib.

Netanyahu "X"də paylaşdığı seçicilərə müraciətində bildirib: "Dostum Donald Trampın prezidentlik müddətinin bitməsinə daha iki il qalıb və bu, bütün cəbhələrdə ən vacib vəzifələrimizi yerinə yetirməyin vaxtıdır".

Baş nazir qarşıdan gələn Knesset (parlament) seçkiləri barədə danışarkən deyib: "Bu seçkilər İsrailin gələcəyi üçün həlledici əhəmiyyətə malikdir. O həmçinin solçu və ərəb partiyaları da daxil olmaqla müxalifət blokunun qələbəsinin müstəqil Fələstinin yaradılmasına gətirib çıxaracağını iddia edib. Netanyahunun sözlərinə görə, yalnız onun Likud partiyası və ətrafında formalaşan sağçı, ifrat sağçı və dini qüvvələrin koalisiyası Fələstin dövlətçiliyinin tanınmasının qarşısını ala bilər".

İsraildə parlament seçkiləri 27 oktyabrda keçiriləcək.