BAKI, 18 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin nisbəti rekord həddə geriləyərək 33%-ə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post", ABC və "Ipsos"un keçirdiyi birgə rəy sorğusunda bildirilir.

Sorğuda iştirak edənlərin 72%-i ABŞ-nin yanlış istiqamətdə irəlilədiyini, 65%-i isə İranla müharibənin səhv qərar olduğunu düşünür. Trampın iqtisadi siyasətini dəstəkləyənlərin sayı da 28%-ə düşüb.

Sorğu oktyabrın 9–13-də 2 545 yetkin amerikalı arasında keçirilib.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək.