BAKI, 18 oktyabr. TELEQRAF
Rusiya Silahlı Qüvvələri Odessa limanından 50 km aralıda yük gəmisinə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu günortadan sonra Rusiya Silahlı Qüvvələri Ukraynaya hərbi yük daşıyan dəniz gəmilərinə qarşı pilotsuz təyyarələrlə hücumlar davam etdirdi. Zərbə nəticəsində Odessa limanından 50 km cənub-qərbdə dənizlərdə tranzit keçərkən hərbi və ikili təyinatlı yük daşıyan quru yük gəmisi vuruldu", - deyə məlumatda qeyd olunub.