BAKI, 18 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanında AH-6i tipli helikopter qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Nəcran əyaləti yaxınlığında baş verib.

Qəza nəticəsində helikopterin göyərtəsində olan iki ekipaj üzvü həyatını itirib.

Hadisənin səbəbləri və digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.