BAKI, 18 oktyabr. TELEQRAF
Rusiya Silahlı Qüvvələri son bir həftədə Ukraynanın energetika və neft-qaz sektoruna 76 dəfə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir özünün "Telegram" kanalında yazıb.
Dövlət başçısının sözlərinə görə, son gecə hücumları nəticəsində dörd vilayətdə yarımstansiyalar vurulub, on minlərlə ailə işıqsız qalıb. Yaşayış binalarının atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Zelenski bildirib ki, bir həftə ərzində ölkəyə 2700-ə yaxın drona, 1700 aviasiya bombası və 66 raket atılıb. Hücumların əsas məqsədi ölkədə kütləvi enerji kəsintisi yaratmaqdır.
Ukrayna lideri vurğulayıb ki, Moskva sanksiyaların yumşaldılması və ya güzəşt siqnallarını müharibəni davam etdirmək üçün fürsət kimi dəyərləndirir. Bu səbəbdən sülhün əldə olunması üçün Rusiyaya təzyiqlər artırılmalıdır.