BAKI, 17 oktyabr. TELEQRAF

Yəmən ordusu son 24 saat ərzində üsyançı Ənsar Allah (Husi) hərəkatının təxminən 800 yaraqlısını zərərsizləşdirib və onların mövqelərinə 1400-dən çox zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, zərbələr Husilərin atəş mənbələrini və pilotsuz uçuş meydançalarını hədəf alıb. Şərq cəbhəsində hökumət qüvvələri düşmən mövqelərini təmizləməyə davam edib və yeni taktiki xətlər üzərində nəzarəti ələ keçirib. Bundan əlavə, ölkənin cənub-qərbindəki Taiz əyalətində silahlı qüvvələr üsyançıların davamlı hücum dalğalarını dəf edib, döyüş təyyarələri düşmən mövqelərinə və gücləndirilmiş qüvvələrə zərbələr endirib və bu da şəxsi heyət və avadanlıqlarda ciddi itkilərə səbəb olub.