BAKI, 18 oktyabr. TELEQRAF
Ağ Ev Ukraynanın “Starlink” peyk rabitə sisteminə çıxışının məhdudlaşdırılması ilə bağlı heç bir göstəriş verməyib.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio açıqlayıb.
Onun sözlərinə görə, “Starlink” sistemi Ukraynada fəaliyyətini davam etdirir.
Rubio vurğulayıb ki, Vaşinqton tərəfindən Ukraynanın peyk rabitəsinə çıxışının məhdudlaşdırılması barədə qərar qəbul edilməyib.