BAKI, 18 oktyabr. TELEQRAF

Hindistanın cənubunda yerləşən kolleclərdən birində işıqlandırma dirəyinin aşması nəticəsində azı bir nəfər ölüb, 25 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli polisə istinadən məlumat yayıb.

Hadisə oktyabrın 17-də axşam saatlarında ölkənin Telanqana ştatında baş verib.

Məlumata görə, ağır işıqlandırma konstruksiyasının aşması ərazidə yanğına səbəb olub. Nəticədə tələbələr arasında təşviş yaranıb.

Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin başvermə səbəbi barədə hələlik məlumat verilməyib.