BAKI, 18 oktyabr. TELEQRAF
“Flydubai” aviaşirkətinin pilotu Smit Maççhar terror aktına cəhddə ittiham olunan ikinci pilotun uçuşdan əvvəlki davranışında heç bir şübhəli məqam müşahidə etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “The National” nəşrinə müsahibəsində danışıb.
Maççharın sözlərinə görə, uçuş adi qaydada başlayıb və yeganə fərq onun yeni həmkarla işləməsi olub.
“Bu, tamamilə adi uçuş idi. Heç nə mənə hansısa problemin baş verə biləcəyini düşündürmürdü”, – pilot bildirib.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğu daha əvvəl “Flydubai” təyyarəsində ikinci pilotun hava gəmisinin komandirinə hücum etdiyini açıqlayıb.
Qurumun məlumatına görə, hücumu törətməkdə ittiham olunan ikinci pilot balta ilə silahlanıb.