BAKI, 17 oktyabr. TELEQRAF
Varşavada on minlərlə insan Polşanın Konstitusiya Məhkəməsinin binası qarşısında etiraz aksiyasına toplaşıb.
Teleqraf "RİA Novosti"yə istinadla xəbər verir ki, mitinq iştirakçıları hakim koalisiyaya sadiq hesab etdikləri hakimlərin təyinatı cəhdlərinə son qoyulmasını tələb ediblər.
Aksiyada Varşava və ölkənin digər regionlarının sakinləri, həmçinin ən böyük müxalifət partiyası olan "Hüquq və Ədalət"in nümayəndələri iştirak edirlər.
Partiyanın sədri Yaroslav Kaçinski də mitinqdə iştirak edir. Nümayişçilər "Əllərinizi Konstitusiya Məhkəməsindən çəkin" şüarı səsləndirirlər.