BAKI, 13 oktyabr. TELEQRAF

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna bu gün start veriləcək.

Teleqraf-ın məlumatına görə, tura daxil olan ilk oyun günündə 9 matç keçiriləcək.

Günün mərkəzi qarşılaşmalarında Türkiyə çempionu "Qalatasaray" İspaniya nəhəngi "Barselona"nı qəbul edəcək, "Atletiko Madrid" isə doğma azarkeşləri önündə İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

13 oktyabr

20:45. "Lans" (Fransa) – "Sportinq" (Portuqaliya)

20:45. "Sabah" (Azərbaycan) – "Slaviya" Praqa (Çexiya)

23:00. "Arsenal" (İngiltərə) – "Lill" (Fransa)

23:00. "Atletiko Madrid" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə)

23:00. "Qalatasaray" (Türkiyə) – "Barselona" (İspaniya)

23:00. "İnter" (İtaliya) – "Klub Brügge" (Belçika)

23:00. "RB Leypsiq" (Almaniya) – PSV (Niderland)

23:00. "Viking" (Norveç) – "Bavariya" (Almaniya)

23:00. "Vilyarreal" (İspaniya) – "Napoli" (İtaliya)

Xatırladaq ki, II turun digər oyunları oktyabrın 14-də baş tutacaq.