BAKI, 25 sentyabr. TELEQRAF
Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə əsas yarışın qalibləri mükafatlandırılıb.
Teleqraf xəbər verir ki, “MP Motorsport” komandasının pilotu Aleks Dann birinci, “Hitech Pulse-Eight” komandasının sürücüsü Martinius Stenshorne ikinci, “PREMA Racing” komandasının pilotu Dino Beganoviç isə üçüncü yeri tutub.
Yarışın ardından qaliblərə müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim olunub.