BAKI, 23 sentyabr. TELEQRAF

“Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev keçmiş komanda yoldaşı Abdullah Zubirlə görüşüb.

Teleqraf xəbər verir ki, milli komandalar üçün yaranan fasilədən istifadə edən qapıçı Zubirlə bir araya gəlib. Hər iki futbolçu görüşdən fotoları sosial media hesablarında paylaşıb.

Zubir paylaşımında Şahruddin Məhəmmədəliyevə “Səni görmək həmişə xoşdur, mənim əsl qardaşım” sözləri ilə müraciət edib.

Qeyd edək ki, Abdullah Zubir avqust ayında “Qarabağ”dan ayrılıb. Hazırda Səudiyyə Ərəbistanının I Liqa təmsilçisi “Əl-Oroba”da çıxış edir.