BAKI, 23 sentyabr. TELEQRAF

“İmişli”nin futbolçusu Luis Silvestr 4 oyunluq cəzalandırılıb.

Teleqraf xəbər verir ki, buna Misli Premyer Liqasının VI turunda “Sabah”la oyunun 90+1-ci dəqiqəsində 7 nömrəli futbolçunun hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

Qərara əsasən, Luis Silvestr 4 oyun meydana buraxılmayacaq.

Həmçinin “İmişli” 10 min manat məbləğində cərimələnib.