BAKI, 19 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VI turunda “Sabah” və “İmişli” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan qarşılaşma “bayquşlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 20-ci dəqiqəsində qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub. 35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi artırıb. 90+5-ci dəqiqədə isə Kahim Parris komandasının üçüncü qoluna imza atıb.

“İmişli”nin heyətində yeganə qolu 90-cı dəqiqədə Ronaldo Souza vurub.

Bir oyun az keçirən “Sabah” bu nəticədən sonra 15 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “İmişli” isə 4 xalla səkkizinci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə “Turan Tovuz” “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 20-də yekun vurulacaq.