BAKI, 19 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VI turunda “Turan Tovuz” və “Zirə” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə yeganə qolu 90+5-ci dəqiqədə Filip Damyanoviç vurub.

Bu nəticədən sonra Kurban Berdıyevin komandası 11 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. “Qartallar” isə 5-ci pilləyə enib.

Qeyd edək ki, günün növbəti matçında “Sabah” “İmişli”ni qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq görüş saat 19:45-də start götürəcək.