BAKI, 19 sentyabr. TELEQRAF

“İmişli" klubu futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb.

Teleqraf xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə bölgə klubunun formasını geyinib. "İmişli" avqustun 4-də oyunçu ilə vidalaşdığını açıqlamışdı.