BAKI, 14 sentyabr. TELEQRAF

Ekvador milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Ekvador Futbol Federasiyası Marselo Qalyardonun millinin baş məşqçisi təyin olunduğunu açıqlayıb.

50 yaşlı argentinalı mütəxəssislə imzalanan müqavilənin detalları həlləlik açıqlanmayıb.

Qeyd edək ki, bu vəzifədə daha əvvəl digər argentinalı Sebastyan Bekkaçese çalışıb. O, Ekvadorun 2026-cı il dünya çempionatının 1/16 finalında Meksikaya 0:2 hesabı ilə uduzmasından sonra istefa verib.

Qalyardo 2024-2026-cı illərdə “River Pleyt”ə rəhbərlik edib.