BAKI, 14 sentyabr. TELEQRAF
İngiltərə təmsilçisi “Liverpul” “Bornmut” klubunun və Braziliya millisinin futbolçusu Rayanı heyətinə qata bilər.
Teleqraf “TEAMtalk”a istinadən xəbər verir ki, daha əvvəl vingerlə birgə çalışmış baş məşqçi Andoni İraola da futbolçunun transferində maraqlıdır.
Rayanın “Bornmut”la müqaviləsi 2031-ci ilin yayına qədərdir. Razılaşmada 130 milyon funt-sterlinq (150 milyon avrodan çox) məbləğində sərbəstqalma maddəsi yer alır. Lakin bu bənd yalnız 2027-ci ildə qüvvəyə minəcək.
Transfer göstərilən məbləğə baş tutarsa, Rayan “Liverpul” tarixinin ən bahalı transferi olacaq.
Qeyd edək ki, braziliyalı futbolçu 2026/27 mövsümündə İngiltərə Premyer Liqasında 4 matç keçirib, lakin heç nə ilə yadda qalmayıb.