BAKI, 14 sentyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, turun son günündə bir oyun keçiriləcək.

Paytaxt təmsilçisi “Şəfa” ölkə çempionu “Sabah”la qarşılaşacaq. Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək oyunu Nicat İsmayıllı idarə edəcək.

Hazırda bir oyun az keçirən “Sabah” 9 xalla turnir cədvəlinin dördüncü pilləsində, “Şəfa” isə 4 xalla onuncu pilləsində qərarlaşıb.

Azərbaycan Premyer Liqası
V tur
14 sentyabr

“Şəfa” – “Sabah”

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“SOCAR Polymer Arena”, 19:00

Qeyd edək ki, daha əvvəl keçirilən oyunlarda “İmişli” “Neftçi”yə (2:3) uduzub, “Kəpəz” “Qəbələ”yə (1:0) qalib gəlib. “Sumqayıt” – “Şamaxı” (1:1), “Araz-Naxçıvan” – “Turan Tovuz” (2:2) və “Zirə” – “Qarabağ” (1:1) oyunlarında isə qalib müəyyənləşməyib.