BAKI, 12 sentyabr. TELEQRAF

Premyer Liqa təmsilçilərindən "Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu Andria Bartişvilini transfer edib.

Teleqraf xəbər verir ki, bu haqda London klubunun mətbuatxidməti məlumat yayıb.

Hazırda “İberia 1999” klubunda icarə əsasında çıxış edən Bartişvili “Kolkheti 1913”ə məxsus idi.

"Arsenal" bildirib ki, Andria komandaya 18 yaşına çatdıqdan sonra, 2027-ci ilin iyulunda qoşulacaq.

Beləliklə, o, hazırda İngiltərə klubunun əsas komandasında çıxış etməyəcək.