BAKI, 31 avqust. TELEQRAF
UEFA-nın keçmiş prezidenti Mişel Platini FİFA prezidenti Canni İnfantinonun istefasını tələb edib.
Teleqraf xaarici KİV-ə istinadla xəbər verir ki, fransalı futbol funksioneri İnfantinonun rəhbərliyini sərt tənqid edib.
O, İnfantinonun vəzifəsini yerinə yetirmədiyini bildirib:
“İqtisadi məsələlər bir şeydir. Amma düşünürəm ki, İnfantino uğursuz oldu. Çünki o, oyun qaydalarının qarantıdır və onlara hörmət etməyib. Qaydalarda kommersiya fasilələri, 2026-cı il Dünya Kuboku zamanı məcburi su fasilələri və finaldakı 30 dəqiqəlik fasilə nəzərdə tutulmayıb. Qırmızı vərəqənin ləğvi isə indiyədək baş verən ən pis hadisədir. O, qaydaların qarantıdır, amma onlara hörmət etmir. O, getməlidir”.
Qeyd edək ki, İnfantino Dünya Kuboku üçün özəl investisiya cəlb etmək planlarına görə də tənqid olunub. UEFA, CONCACAF və AFC bu təklifi rədd edib.
Daha sonra UEFA-nın Dünya Kuboku hüquqlarının bir hissəsinin özəl investorlara satılması cəhdi ilə bağlı İnfantinoya qarşı cinayət işi açmağa hazırlaşdığı barədə məlumat yayılıb.