BAKI, 29 avqust. TELEQRAF
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq.
Bakı təmsilçisi oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", oktyabrın 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.
Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "Sabah" noyabrın 25-də Bakıda "Barselona" ilə üz-üzə gələcək.
"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.
"Bayquşlar" 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək.