BAKI, 31 avqust. TELEQRAF

Ukrayna ordusu Kupyansk şəhəri istiqamətində quru əməliyyatı keçirərək, təxminən 2 kvadratkilometr meşəlik ərazini geri alıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna ordusunun “Xartiya” korpusu Xarkov vilayətində yerləşən 2 kvadratkilometr meşəlik ərazini təmizləyib və Dvureçnayanın qərbində irəliləyişini davam etdirir. Geri alınan ərazilər Kupyanskın şimalında yerləşdiyi qeyd olunub.

Ukrayna qoşunları bundan əvvəl həmin istiqamətdə (Dvureçnayanı) 7,5 kvadratkilometr meşə zolağına nəzarəti bərpa etmişdi.