BAKI, 31 avqust. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Administrasiyası rəhbərinin keçmiş birinci müavini Yerlan Karinin vitse-prezident vəzifəsinə namizədliyini irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə o, yeni birpalatalı parlamentin - Qrultayın iclasında bildirib.
“Vitse-prezident vəzifəsinə Yerlan Karinin namizədliyini təklif edirəm”, - Tokayev deyib.
Qurultay üzvləri Karinin ölkənin ilk vitse-prezidenti təyin edilməsinə səs veriblər.
Parlamentdə iştirak edən 145 üzvdən 141-i onun namizədliyini dəstəkləyib.
Kaşım-Jomart Tokayev Erlan Karinin bu vəzifəyə təyin edilməsi barədə fərman imzalayıb.
50 yaşlı Karin bundan əvvəl Qazaxıstanın dövlət müşaviri, dövlət katibi və prezidentin köməkçisi vəzifələrində çalışıb.
Xatırladaq ki, vitse-prezident vəzifəsi Prezident Tokayevin bu il imzaladığı fərmanla yeni təsis olunub.